Əfqanıstanla Pakistan arasında döyüşlər başlayıb

23:39 11.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanla Pakistan arasında yerləşən Durand xətti boyunca gərgin hərbi toqquşmalar başlayıb.

Hafta.az bildirir ki, “Taliban” silahlı qüvvələri Pakistan ordusunun sərhəd postlarına bir neçə istiqamətdən hücum ediblər. 

Hazırda döyüşlər bir neçə istiqamətdə gedir. “Taliban” döyüş gedən yerlərə əlavə ordu göndərir.

Pakistan mətbuatı bildirir ki, 205-ci “Bədr” diviziyasına məxsus hərbi hissələr sərhəd istiqamətinə doğru hərəkət edir. Həmçinin, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri də havaya qaldırılıb.